Beş marşrut xəttinin daşıyıcılarına xəbərdarlıq edilib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.O bildirib ki, son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib.Baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq Bakı Nəqliyyat Agentliyində müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…