“Azərenerji” ASC bayram günlərində faydalı iş əmsalını ikiqat artıracaq.Bu barədə Azərtac-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Qeyd edib ki, elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da möhkəmlənib və situasiyalara hazırlıq səviyyəsi yüksəlib. İstər bayram günləri, istərsə də adi günlərdə enerjinin ötürülməsinin keyfiyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Məhz bunun təzahürüdür ki, “Azərenerji” ASC respublikanın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması vəzifəsinin öhdəsindən inamla gəlir.O da qeyd olunub ki, ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradılıb. Bununla yanaşı, ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib. Bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…