25 milyon avroluq təklifdən imtina…

29 Dekabr 2016 12:05

Xəbər 931 dəfə oxunub

İstanbulun “Qalatasaray” klubunun hollandiyalı futbolçusu Sneyder Çindən gələn təklifi qəbul etməyib.Azərtac xəbər verir ki, Çin klubundan holland futbolçuya üçillik təklif gəlib. Klub təcrübəli futbolçuya 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğunu bildirib.Otuz iki yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O, öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib. “Qalatasaray” artıq mənim üçün özəl bir klubdur. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm və bunu pozmağa niyyətim yoxdur”, – futbolçu əlavə edib.xeber100.com