Bakının “Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Klubdan Azərtac-a bildiriblər ki, paytaxt təmsilçisi Çexiyanın “Slovan” klubunda çıxış edən Zdenek Folprexti icarəyə götürüb.İyirmi beş yaşlı yarımmüdafiəçi icarə əsasında cari mövsümün sonunadək “Neftçi”də çıxış edəcək.“Slovan”ın idman direktoru Yan Nezmar deyib: “Zdenek çox əlverişli təklif alıb. Bu təklif “Slovan” üçün də münasibdir. Komandadakı ab-havanı dəyişmək istəyirik. Futbolçumuzun icarəyə verilməsinin xüsusi bir səbəbi yoxdur. Folprext tibbi müayinədən keçdikdən sonra hər şeyə aydınlıq gələcək”.Qeyd edək ki, Z.Folprext Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda və Liberetsdə keçirilmiş qarşılaşmalarda 90 dəqiqə meydanda olub. “Slovan” “J” qrupunda 4 xalla sonuncu pillədə qərarlaşaraq qitə turnirində mübarizəni dayandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…