Yanvarın 19-da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tikilən İranın ən iri dəmir yolu körpüsü istismara hazır olacaq. “Financial Tribune” saytı xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi deyib.Onun sözlərinə görə, körpünün tikintisi iki həftəyə yekunlaşacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq.Yerli mütəxəssislər tərəfindən icra edilən layihə barədə məlumat verən X.Xadəmi söyləyib ki, 1,43 kilometr uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir.Hesablamalara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara veriləndən sonra Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 milyon tona (ildə 500 milyon dollar) yüksələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…