Futbol üzrə təlim-məşq toplanışı olacaq

6 Yanvar 2017 12:36

Xəbər 736 dəfə oxunub

Yanvarın 7-dən 12-dək Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, toplanışa S.Vəliyeva (“Araz”), R.Sərdarlı (“Fidan”), F.Teymurova (“Konak Bellediyespor”, Türkiyə), N.Qurgenidze (“Martve”, Gürcüstan), C.Hüseynova (“Məşəl”), Z.Əliyeva (“Mingəçevir”), S.Fəttazadə, A.Qurbanzadə (hər ikisi “Qəbələ”), A.Əhmədova, A.Əliyeva, A.Hüseynli, V.Seyfətdinova (hamısı “Sumqayıt”), N.Abdulova, V.Hacıyeva, N.Həsənova, H.Qasımova, A.Zeynalova (hamısı “Təhsil”) və L.Qurbanova (“Zaqatala”) dəvət olunublar.xeber100.com