Beynəlxalq seminar işə başlayıb

6 Yanvar 2017 12:44

Xəbər 842 dəfə oxunub

Yanvarın 6-da Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar işə başlayıb.Azərtac xəbər verir ki, seminara 100-dək ölkədən 400 nümayəndə qatılıb.Seminardan əvvəl Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev ilə IJF-in prezidenti Marius Vizer arasında görüş keçirilib.Seminarın açılışında çıxış edən R.Abdullayev cüdo üzrə belə mühüm seminarın Bakıda keçirilməsindən məmnunluğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkəmiz dünya reytinqində üç çəki dərəcəsi üzrə liderliyini davam etdirir. Qeyd edək ki, İdman Sarayında keçirilən seminar iki gün davam edəcək.xeber100.com