“Neftçi” klubu daha bir futbolçu ilə güclənib

6 Yanvar 2017 12:57

Xəbər 819 dəfə oxunub

Antalyada hazırlığını davam etdirən “Neftçi” klubu daha bir futbolçu ilə güclənib.Klubdan Azərtac-a bildiriblər ki, komandamız ukraynalı müdafiəçi Kirilo Petrovla 1,5 illik müqavilə bağlayıb.Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan “Krivbas” və “Arsenal” klublarının formasını geyinib. Polşada (“Korona”) legioner həyatı yaşamış futbolçu Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu bunadək “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub.Ukraynanın U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.xeber100.com