Ötən axşam “Barselona” futbolçularının FIFA-nın mükafatlandırma mərasiminə qatılmaması üzrxahlıqla nəticələnib.“Marca” qəzeti xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Andres İnyesta madridli futbolçulardan bunun üçün üzr istəməli olub. O, şəxsən “Real”ın futbolçularına zəng edərək özü və kollektivi adından qala-gecəyə gəlmədikləri üçün üzr istəyib. İnyesta onları inandırmağa çalışıb ki, “Barsa” futbolçuları bilərəkdən deyil, sadəcə rəhbərliyin qərarından kənara çıxa bilmədikləri üçün mərasimə qatıla bilməyiblər.FIFA Sürixdə keçirilən qala-mərasimə Lionel Messi, Luis Suares, Jerard Pike və İnyestanın özünü dəvət etmişdi. Onların arasında ancaq argentinalı Messi ilin ən yaxşı futbolçusu adına namizədlər arasında yer alıb. Digərləri FIFA versiyası üzrə rəmzi yığmaya daxil edilib. “Barselona” klub kimi həmin tədbirdə sadəcə rəhbərlik səviyyəsində təmsil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…