FIFA-nın 2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatında komandaların sayının artırılması ilə bağlı çıxardığı qərar hələ də idman ictimaiyyətində birmənalı qarşılanmır.“Sportbild” xəbər verir ki, məsələyə münasibət bildirən Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Höness də ali futbol qurumunun qərarını qınayanlar arasında yer alıb: “Hesab edirəm ki, bu, icrası mümkün olmayan qərardır. Düşünmürəm ki, mundialda 48 güclü komanda olacaq. Bundan başqa, əsas məsələ futbolçuların sağlamlığıdır. Onların belə formatda oynaya biləcəkləri şübhə doğurur”.Almaniyanın ən titullu klubunun təmsilçisi hələ qərar qəbul olunmazdan əvvəl Avropa Klublar Assosiasiyasının adından FIFA-ya etiraz məktubu göndərmişdi. Ancaq “Barselona” və “Real” bu məktubla razılaşmadıqlarını ifadə etmişdilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…