Qitələrarası hakimlik kursu start götürüb

17 Yanvar 2017 10:18

Xəbər 905 dəfə oxunub

Yanvarın 17-də Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qitələrarası hakimlik kursu start götürüb.Azərtac xəbər verir ki, bədii gimnastika üzrə təşkil edilən kurslar yanvarın 21-dək davam edəcək.Tədbirin açılışında çıxış edən FIG-in birinci vitse-prezidenti Slava Korn kurs iştirakçılarını salamlayaraq, Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsini təqdim etdikdən sonra quruma tədbirin hazırlığına görə xüsusi minnətdarlığını ifadə edib: “Bu seminar status baxımından bütün Olimpiya mərhələsini əhatə edir. Yaxın 3 gündə hakimlər öz biliklərini nümayiş etdirməyə çalışmalıdırlar”.xeber100.com