“Neftçi” futbol klubu dördüncü yoxlama oyununu keçirib

18 Yanvar 2017 13:13

Xəbər 945 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb.“Bellis Deluxe” otelinin meydançasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.“Neftçi”nin qollarını Ramon Kardozo və Murad Ağayev vurublar.Bakı təmsilçisi daha əvvəl yerli “Sivasspor” komandası (0:0) ilə heç-heçə oynayıb, “Nasaf”a (Özbəkistan) 0:1 və “Kukesi”yə (Albaniya) 2:4 hesabı ilə məğlub olub.xeber100.com