Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib.İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi (UNAPF) üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr barədə məlumat verib. Q.İshaqzai BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması zamanı bir sıra maraqlı tərəflərlə – hökumət qurumları, özəl sektor, vətəndaş cəmiyyətləri ilə müxtəlif müzakirələrin aparıldığını, sənəddə digər məsələlərlə yanaşı, inklüzivliyə, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirildiyini qeyd edib.İdarəetmə Komitəsinin iclası çərçivəsində birgə iş planları, cari il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib, UNAPF Nəticə Qrupları tərəfindən prioritet sahələr üzrə təqdimatlar keçirilib, UNAPF üzrə İstiqamətləndirici Komitənin tərkibi və UNAPF nəticələr qruplarının səlahiyyət dairələri təsdiq edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…