Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib

22 Yanvar 2017 12:12

Xəbər 974 dəfə oxunub

Yanvarın 21-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib.Azərtac xəbər verir ki, “Gənclik” Olimpiya İdman Kompleksində “Telekom” komandası “Azəryol”u qəbul edib.Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Telekom” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, 21 xalla “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 16 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com