Ağır atletika üzrə təlim-məşq toplanışı davam edir

22 Yanvar 2017 13:09

Xəbər 906 dəfə oxunub

Ağır atletika üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar təlim-məşq toplanışını davam etdirir.Azərtac xəbər verir ki, AAAF park yaşayış kompleksinin təlim-məşq bazasında məşqlərini davam etdirən idmançılar qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlaşırlar.Atletlərin qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. İdmançıların təlim-məşq toplanışına yığma komandaların məşqçilər heyəti nəzarət edir.Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir.Qeyd edək ki, əsas yığma komandanın üzvləri növbəti təlim-məşq toplanışı üçün Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərinə yollanacaq.xeber100.com