Tennis üzrə açıq çempionat keçirilib

29 Yanvar 2017 11:30

Xəbər 844 dəfə oxunub

Amerikalı Serena Uilyams finalda böyük bacısı Vinusu məğlub edərək tennis üzrə Avstraliya açıq çempionatının qalibi olub.Azərtac xəbər verir ki, Melburn şəhərində keçirilən final görüşü 2:0 (6:4, 6:4) hesabı ilə Serenanın xeyrinə nəticələnib.Beləliklə, Serena Uilyams Avstraliya açıq çempionatında 7-ci, “Böyük dəbilqə” seriyasında isə 23-cü qələbəsini qazanaraq, alman tennisçisi Şteffi Qrafın (22) rekordunu təzələyib.Qeyd edək ki, turnirin kişilər arasında finalı yanvarın 29-da bolqar Qriqor Dimitrovu məğlub edən ispaniyalı tennisçi Rafael Nadal və həmyerlisi Stanislas Vavrinka üzərində qələbə qazanan isveçrəli Rocer Federer arasında keçiriləcək.xeber100.com