İndiyədək 40-dək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazirlik tərəfindən ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də yeni MMMC-lərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir.Mənzil-kommunal sahəsində yeni münasibətlərin təbliği, çoxmənzilli binaların idarə olunmasının yeni metodlarının tətbiqi və digər məsələlərin müzakirəsi məqsədilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilir, maarifləndirici broşürlər və materiallar paylanılır. Bununla yanaşı, yeni idarəetmə üsullarının tətbiqinə maraq göstərən sahə mülkiyyətçiləri İqtisadiyyat Nazirliyində olur və onlara MMMC-lərin yaradılması ilə bağlı hüquqi-təşkilati köməklik göstərilir.Ümumiyyətlə, həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, indiyədək 40-dək MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.Paytaxt üzrə ən çox MMMC Binəqədi, Yasamal və Nəsimi rayonlarında yaradılıb. Abşeron rayonu üzrə isə artıq 2 MMMC qeydiyyatdan keçib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…