Futbol üzrə XVI tura yekun vurulub

5 Fevral 2017 12:06

Xəbər 893 dəfə oxunub

Fevralın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son qarşılaşması Sumqayıtda oynanılıb.Bakının “İnter” klubu “Sumqayıt”la üz-üzə gəlib. Paytaxt təmsilçisi zirvədə qərarlaşan “Qarabağ” və “Qəbələ”dən uzaq düşməməyə, “kimyaçılar” isə hazırda qərarlaşdıqları 4-cü pillədəki mövqelərini itirməməyə cəhd göstəriblər.Oyunda hesabı meydan sahibləri açsa da, Zaur Svanadzenin yetirmələri nəinki hesabı bərabərləşdirmək, həmçinin son dəqiqələrdə hesabda önə də keçiblər. Ancaq komanda oyunu 3 xalla başa vura bilməyib. “Sumqayıt” matça əlavə olunmuş birinci dəqiqədə oyunda status-kvonu bərpa edib – 2:2. Ev sahibi komandadan Mirabdulla Abbasov (18), Nicat Muxtarov (90) və qonaqların heyətində isə İlkin Qırtımov (47), Rauf Əliyev (88) fərqləniblər. Qarşılaşma elə bu hesabla da yekunlaşıb.Bu görüşdən sonra “İnter” 29 xalla 3-cü yerdəki mövqeyini qoruyub. “Sumqayıt” klubu isə 19 xalla turu 5-ci başa vurub.xeber100.com