UEFA Çempionlar Liqasının final mərhələsi…

8 Fevral 2017 11:29

Xəbər 791 dəfə oxunub

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 14-15-də keçiriləcək. Bu mərhələdə cavab qarşılaşmaları isə bir həftə sonra – fevralın 21-də və 22-də oynanılacaq.Azərtac xəbər verir ki, UEFA qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələləri ilə bağlı maraqlı statistika açıqlayıb.UEFA Çempionlar Liqasının tarixində səkkizdəbir final mərhələlərində ən çox oyun keçirən futbolçu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçu indiyədək 24 qarşılaşmada meydana çıxıb. Onu 23 oyunla Zlatan İbrahimoviç, hər birinin aktivində 22 matç olan İker Kasilyas və Lionel Messi izləyirlər.Dünyanın ən güclü iki futbolçusu hesab edilən Kriştiano Ronaldo ilə Lionel Messi arasındakı rəqabət bu statistikada da özünü göstərib. Belə ki, səkkizdəbir final mərhələlərində ən çox qol vuran futbolçu Lionel Messidir. Aktivində 20 qol olan argentinalı bu göstərici üzrə portuqaliyalı rəqibini üç top qabaqlayır.xeber100.com