TASS informasiya agentliyinin məlumatı

8 Fevral 2017 11:35

Xəbər 800 dəfə oxunub

Sankt-Peterburq Olimpiya paytaxtı olmağa layıqdır və 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Bu barədə TASS-a sözügedən şəhərin qubernatoru Qeorqiy Poltavçenko məlumat verib:“Mən 90-cı illərdə Sankt-Peterburqun 2004-cü il Olimpiya Oyunları üçün namizədliyini yaxşı xatırlayıram. Şübhə etmirəm ki, o vaxt kimi indi də bizim şəhər Olimpiya paytaxtı olmaq adına layiqdir. Əgər bütün ölkə və Rusiya Olimpiya Komitəsi Sankt-Peterburqun namizədliyini təsdiqləyərsə, biz öz tərəfimizdən nə lazımdısa edəcəyik”, – deyə qubernator əlavə edib.xeber100.com