Topaz Premyer Liqasının XVII turu çərçivəsində…

11 Fevral 2017 12:07

Xəbər 674 dəfə oxunub

“Neftçi” komandasının Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter” üzərində səfər qələbəsi klub üçün əlamətdar olub.Azərtac xəbər verir ki, paytaxt təmsilçisinin heyətində çıxış edən çilili legioner İqnasio Herreranın matçın 58-ci dəqiqəsində vurduğu top “Neftçi”nin Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolu olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarında “Neftçi”nin vurduğu 500 səfər qolu 351 matçda qeydə alınıb. Flaqman səfərdə ən çox qol vuran komandadır.Xatırladaq ki, “İnter”-“Neftçi” görüşündə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.xeber100.com