Fevralın 15-də Tbilisidə Xəzəryanı və Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin, energetika üzrə məsul əməkdaşların, ekspertlərin və beynəlxalq maliyyə korporasiyalarının rəhbərlərinin iştirakı ilə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb.Gürcüstanın energetika nazirinin müavini İlya Elaşvili tədbirdə çıxış edərək bildirib ki, bu gün dünyada, eləcə də regionda elektrik enerjisi istehsalında bir sıra problemlər yaşanır. Konqresin əsas məqsədlərindən biri də bu məsələləri müzakirə etməkdir.Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və irihəcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunur.Tədbir çərçivəsində bəzi ölkələrdəki atom elektrik stansiyalarının yaratdığı problemlər də diqqət mərkəzində olub, bu cür stansiyaların bağlanması ilə bağlı təkliflər səslənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…