“Bakı Metropoliteni” QSC-də daha iki yeni təsərrüfat qatarı istismara verilib.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Onun sözlərinə görə, Rusiyanın “Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi” MMC-nin istehsalı olan dartı modullu “MTK-3-004” motovozu 185 at gücünə, “MT-1-005K” tipli turbodizelli təsərrüfat qatarı isə 270 at gücünə malikdir. Dəmiryol nəqliyyatı üçün müəyyən olunmuş yüksək Avropa standartlarına uyğun gələn motovozlar ekoloji cəhətdən təmiz olması, tunellərə, işçilərin səhhətinə təsirin ən aşağı həddə salınması, səs-küyün azalması, yanğın əleyhinə və təhlükəsizlik sistemləri baxımından seçilir. Onların mühərrikləri dizel yanacağı ilə çalışsa da, quraşdırılmış xüsusi katalizatorlar sayəsində ətraf mühitə ayrılan çirkli havanın vurulmasına imkan vermir: “Bakı Metropoliteni” QSC fəaliyyətə başladıqdan sonra bu məsələlərə xüsusi diqqətlə yanaşılır. Çünki metropolitenin sərnişinlərə təhlükəsiz və mədəni xidməti, səmərəli fəaliyyəti, əsasən, gecə növbəsində, cəmi 3 saat ərzində yerinə yetirilən işlərdən çox asılıdır. Hər həftə müxtəlif xidmətlərin sifarişinə uyğun olaraq, xəttə 75-85 təsərrüfat qatarı çıxır. İşçiləri, maşın və mexanizmləri, avadanlıqları tunellərə daşıyaraq müxtəlif işlərin yerinə yetirilməsində əvəzsiz rolu olan bu nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalıdır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…