Ağır Atletika Federasiyasının məlumatı

16 Fevral 2017 10:32

Xəbər 846 dəfə oxunub

Ağır atletika üzrə yeniyetmə idmançıların biliklərinin artırılması istiqamətində “Zirvə” liseyində tədbirlər davam etdirilir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yığma komandanın həkimləri Fuad Qasımov və Rizvan Əkbərov Liseydə təhsil alan idmançı və şagirdlərə “İdmanda şəxsi gigiyenanın əhəmiyyəti” haqqında xüsusi dərs keçiblər. Dərsdə idmançıların şəxsi gigiyenaya diqqət yetirmələrinin vacibliyi qeyd edilib.Həkimlər bildiriblər ki, gigiyenaya diqqət etməməklə, idmançıların şəxsi nəticələrində geriləmə baş verir. Bu da onların yarışlarda yüksək nəticə əldə etmələrinə mənfi təsir göstərir.Liseydə təhsil alan atletlərin və onların məşqçilərinin sualları həkimlər tərəfindən ətraflı cavablandırılıb.Ağır atletika yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi humanitar və texniki fənlərlə yanaşı, həm də idman təmayüllüdür. Burada 42 idmançı təhsil alır.xeber100.com