Voleybolçular arasında növbəti oyunlar keçirilib

16 Fevral 2017 10:53

Xəbər 821 dəfə oxunub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, Super Liqanın lideri “Telekom” komandası “Lokomativ”i 3:0 hesabı ilə məğlub edib.Çempionatın daha bir maraqlı oyunu isə “Azərreyl” ilə “Azəryol” voleybolçuları arasında olub. Görüşdə “Azərreyl” hər üç setdə qalib gələrək Super Liqada onuncu qələbəsini qazanıb.Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. Xallarının sayını 23-ə çatdıran “Azərreyl” ikinci sıradakı yerini möhkəmləndirib. “Azəryol” isə 16 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com