Şahmat üzrə 3-cü turun oyunları keçirilib

16 Fevral 2017 11:00

Xəbər 755 dəfə oxunub

İranın Məşhəd şəhərində şahmat üzrə VII Firdovsi Kuboku yarışlarının 3-cü turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq yarışda 18 ölkədən 324 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Yarışda Azərbaycanı beynəlxalq dərəcəli şahmat ustası Loğman Quliyev təmsil edir.Üç turdan sonra hərəyə 3 xal toplayan 32 oyunçu, o cümlədən Loğman Quliyev liderlik edirlər. Azərbaycan şahmatçısı növbə ilə yerli şahmatçılar Reza Abdollahisaber, Mehdi Binai Tavallayei və Hivi Şahroh üzərində qələbə qazanıb.xeber100.com