Qılıncoynatma üzrə Azərbaycan birinciliyi sona yetib

17 Fevral 2017 11:07

Xəbər 902 dəfə oxunub

Qılıncoynatma üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi sona yetib. Qılıncoynatma Federasiyasının zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə mübarizə aparıblar.Klubun sablyaçıları 2-si gümüş və 3-ü bürünc olmaqla yarışın 5 medalına yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüblər.Xanım sablyaçıların yarışında Ayla Muradzadə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini üçüncü yerdə başa vurublar.xeber100.com