Həndbol üzrə respublika çempionatında birinci dövrəyə yekun vurulub.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, ilk dövrənin sonuncu günündə iki matç baş tutub. Kişilər arasında oynanılan qarşılaşmalarda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Nəsimi”yə 26:23, “Məhsul” klubu isə “Təhsil”ə 32:16 hesabı ilə qalib gəlib.İlk dövrənin nəticələrinə əsasən, qadın komandalar arasında “Azəryol” 6 xalla turnir cədvəlinə liderlik edir. “Nur” 4 xalla ikinci, “Qarabağ” 2 xalla üçüncüdür. Xal toplamayan “Gənclər Birliyi” sonuncu pillədə qərarlaşıb. Kişi həndbol komandalarından isə aktivində 6 xal olan “Məhsul” klubu turnir cədvəlinin birincisidir. “Təhsil” 4 xalla ikinci, 2 xala malik RİOEUGİM üçüncü pillədədir. Sonuncu yerdə qərarlaşan “Nəsimi” komandasının isə aktivində xal yoxdur.Həndbol üzrə ölkə çempionatının ikinci dövrəsinə martda start veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…