Azərbaycan ərazisində Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərindən istifdə edən, maksimal çəkisi 12 tondan artıq və Rusiyada qeydiyyatda olan nəqliyyat vasitələrinə ölkənin magistral yollarına vurduğu ziyana görə ödənişlərin tətbiqi təklif edilir. Bunu “Report”a açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib. “Biz Rusiya tərəfinin bununla bağlı analoji qərarı barədə məlumat alan kimi bir neçə ay ərzində öz təkliflərimizi də hazırladıq. Bizim təkliflərimizdə Azərbaycanda da müvafiq qanun layihəsinin hazırlanması öz əksini tapıb”, – deyə Ş.Mehmanqızı qeyd edib. DANX sözçüsü əlavə edib ki, qurum artıq həmin təkliflərdən ibarət sənədi Nəqliyyat Nazirliyinə təqdim edib, Nazirlik isə ona baxılması üçün təklifləri Nazirlər Kabinetinə göndərib.
Xatrıladaq ki, bu gündən etibarən Rusiya Federasiyasının magistral yollarından istifadə edən Rusiya və eləcə də xarici ölkələrdə qeydiyyatdan keçən və maksimal çəkisi 12 tondan artıq olan nəqliyyat vasitələri (həmçinin, Azərbaycandan olan) federal əhəmiyyətli yollardan istifadə edərkən, həmin yollara vurduqları ziyana görə ödəniş etməli olacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…