Qazaxıstanın paytaxtı Astanada “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinin iştirakçı ölkələrinin üçüncü görüşü keçirilir,Azərbaycanı Energetika Nazirliyinin aparat rəhbəri İftixar Hüseynov təmsil edir.“EXPO- 2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması və sair bu kimi mövzulara həsr olunacaq.Azərbaycanın bu sərgiyə hazırlıq işlərinin getdiyini bildirən İftixar Hüseynov bildirib ki, sərgi çərçivəsində Azərbaycan Milli Gününün iyulun 9-da keçirilməsi nəzərdə tutulub. Tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.Azərbaycanın “Keçmişdən gələcəyə daşınan enerji” adlı konsepsiyası ilə təqdim olunacaq sərgidə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında pavilyon ərazisində Azərbaycandan gətirilməsi və Astananın təbiətinə uyğun olan ekzotik ağacların əkilməsi məsələsi də müzakirə edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…