Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.Azərtac xəbər verir ki, iki gün davam edəcək mərhələnin ilk oyun günündə 3 qarşılaşma keçirilib.stanbulda “Fənərbağça” Rusiyanın “Krasnodar” komandasını qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb. Öz meydanında Türkiyə təmsilçisi üzərində 1:0 hesablı qələbə qazanmış “Krasnodar” səkkizdəbir finala vəsiqə qazanıb.Almaniyanın “Şalke” və İngiltərənin “Mançester Yunayted” klubları da növbəti mərhələyə keçən tərəf olublar. Bu klublar müvafiq olaraq PAOK (Yunanıstan) və “Sent Etyen”i (Fransa) mübarizədən kənarlaşdırıblar. “Şalke” öz meydanında Yunanıstan klubunun müqavimətini qıra bilməsə də (1:1), səfərdə qazandığı 3:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. “Mançester Yunayted” isə öz meydanında olduğu kimi (3:0), səfərdə də “Sent-Etyen”i məğlub edib – 1:0.Mərhələnin digər görüşləri fevralın 23-də keçiriləcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…