Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə…

24 Fevral 2017 11:21

Xəbər 882 dəfə oxunub

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə martın 4-5-də idman dırmanması üzrə “Ümid” yarışı keçiriləcək.FAIREX-dən Azərtac-a bildiriblər ki, dırmanmaya yeni başlayan şəxslər arasında keçiriləcək yarışın əsas məqsədi Azərbaycanda idmanın bu növünü geniş təbliğ etmək, gəncləri və yeniyetmələri cəlb etməkdir. İdman dırmanmasının boldrinq növü üzrə keçiriləcək yarışda 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.Qaliblər FAIREX tərəfindən hədiyyələr və diplomlarla mükafatlandırılacaqlar.xeber100.com