Yunan-Roma güləşi üzrə mübarizə davam edir

24 Fevral 2017 11:38

Xəbər 796 dəfə oxunub

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.Azərtac xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 169 pəhləvan mübarizə aparır.Turnirdə klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Bütün çəki dərəcələrində mükafatçılar sırasında düşə bilən idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcəklər.xeber100.com