İsrail Voleybol Liqasının məlumatına görə…

25 Fevral 2017 12:21

Xəbər 741 dəfə oxunub

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Aleksandr Çervyakov İsrail çempionu “Makkabi” klubuna (Hayfa) başçılıq edib.Azərtac İsrail Voleybol Liqasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 59 yaşlı Azərbaycan mütəxəssisinin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. A.Çervyakov öz karyerası ərzində ilk dəfə Azərbaycanın hüdudlarından kənarda işləyir. Əvvəllər o, Bakının “Azərreyl” və “Azəryol” komandalarının məşqçisi olub, 2013-cü ildə Azərbaycan milli yığmasına başçılıq edib.xeber100.com