“Uraloçka”-“Vakıfbank” oyunu Yekaterinburqda keçiriləcək

27 Fevral 2017 11:23

Xəbər 874 dəfə oxunub

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.Azərtac xəbər verir ki, E.Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Uraloçka” (Rusiya) – “Vakıfbank” (Türkiyə) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi italiyalı Roberto Boris olacaq.Qeyd edək ki, “Uraloçka”-“Vakıfbank” oyunu fevralın 28-də Yekaterinburqda keçiriləcək.xeber100.com