UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib

27 Fevral 2017 11:26

Xəbər 845 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov Avropanın bir neçə milli futbol assosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib.Tədbirdə 13 namizəddən AFFA-nın baş katibi Elxan Məmmədov da daxil olmaqla 7 namizəd iştirak edib. Namizədlər ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol assosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.xeber100.com