Nizami metro stansiyasında təmir işləri davam edir.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirilib ki, Bakı metropoliteninin stansiyalarının, ayrı-ayrı keçid və vestibüllərinin təmiri, yenidən qurulması üzrə işlərin sürəti son 3 ildə daha da artaraq planlı şəkildə davam edir. Bu il Bakı metropoliteninin qeyd olunacaq yarıməsrlik yubileyini tam yeni görkəmdə qarşılayan stansiyalardan biri də Azərbaycan memarlığının incilərindən biri sayılan “Nizami” stansiyası olacaq.N.Paşayevin sözlərinə görə, ötən il “Nizami” stansiyasının yol divarları üzlüklərinin yenilənməsi ilə başlanan təmir işləri noyabr ayından etibarən orta zalda davam edir. Burada ilk növbədə platforma altındakı arakəsmələr sökülüb, platformanın möhkəmləndirilməsi üçün 36 riger qoyulub, kollektorun divarları hər iki tərəfdən möhkəmlənib. Arakəsmələrin sökülməsi stansiyaya yaxın 22 saylı ventilyasiya şaxtasından vurulan hava axınının səmərəli sirkulyasiyasını təmin edib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalanmanın əhəmiyyəti böyükdür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…