“Kapital Bank” beynəlxalq əməkdaşlıq çərçivəsində “Amerika Banklar Assosiasiyası”na (“American Bankers Association”) üzv seçilib. MDB ölkələri arasında “Kapital Bank” və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.Bankdan Azərtac-a bildiriblər ki, bu münasibətlə “Kapital Bank”ın idarə heyəti sədrinin birinci müavini Fərid Hüseynov “Amerika Beynəlxalq Bankçılıq Assosiasiyası”nın (BAFT) prezidenti Tod Barvel ilə görüşüb və bankçılıq sahəsində bir sıra mühüm məsələlər müzakirə olunub.”Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. “Kapital Bank” olaraq “Amerika Banklar Assosiasiyası”na üzv olmaqla, xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik”, – deyə “Kapital Bank”ın idarə heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…