IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq prosesi davam edir

2 Mart 2017 11:07

Xəbər 958 dəfə oxunub

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən martın 2-də IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.Azərtac xəbər verir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim olunub. Fərqli görünüşlərə malik formalar işçi heyəti və podratçılar daxil olmaqla müxtəlif işçi qruplar üçün nəzərdə tutulub. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.Brendin əsas naxış elementi olan xalça simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl rəng əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb.Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.xeber100.com