Martın 2-də futbol üzrə İspaniya çempionatının 25-ci turu çərçivəsində bir neçə oyun keçirilib.Azərtac xəbər verir ki, turun ən maraqlı hadisəsi “Barselona”nın liderliyi ələ keçirməsi olub. “Barselona” “Nou Kamp”da qəbul etdiyi “Sportinq Xixon”u 6:1 hesabı ilə darmadağın edərək xallarının sayını 57-yə çatdırıb.“Real Madrid” isə “Santyaqo Bernabeu”da “Las Palmas” klubunu qəbul edib. “Real”ın asan qələbə qazanacağı gözlənilsə də, ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissənin əvvəlində madridlilərin heyətində Qaret Beylin qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra ev sahibləri qapılarında daha iki qol görüblər. “Real Madrid” yalnız qarşılaşmanın sonuna yaxın vurduğu iki qolla hesabı bərabərləşdirib – 3:3.“Real”ın doğma meydanda xal itirməsindən sonra “Barselona” liderliyi ələ keçirib. “Real” 56 xalla ikinci sırada olsa da, “Barselona”dan bir oyun az keçirib.Tur çərçivəsində günün digər oyunlarında isə aşağıdakı hesablar qeydə alınıb:
“Malaqa” 1-2 “Real Betis”
“Valensiya” 1-0 “Leqanes”
“Osasuna” 1-4” “Vilyarreal”
“Selta de Viqo” 2-2 “Espanyol”
“Qranada” 2-1 “Deportivo Alaves”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…