Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb

9 Mart 2017 14:13

Xəbər 834 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Millimiz 380 xalla 89-cu yerdə qərarlaşıb.Dünyanın ən güclü 10 komandasının mövqeyində yalnız xal dəyişikliyi olub. 1644 xalla Argentina reytinq cədvəlinə liderlik edir. Braziliya 1534 xalla ikinci, Almaniya 1443 xalla üçüncü pillədə yer alıblar.xeber100.com