İdmançıların növbəti reytinq cədvəli açıqlanıb

10 Mart 2017 11:51

Xəbər 878 dəfə oxunub

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, R.Pevtsov 3196,01 xalla 16-cı pillədədir.Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.xeber100.com