UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, son yeddi ev oyununda məğlub olmayan Danimarkanın “Kopenhagen” komandası doğma meydanda Hollandiyanın “Ayaks” klubunu qəbul edib. Danimarkalılar görüşdə 2:1 hesabı ilə qalib gələrək ev oyunlarında məğlubedilməzlik seriyasını qoruyublar.Kiprin APOEL komandası isə evdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb. Bu qarşılaşma hər iki komandanın ilk dueli kimi əlamətdar olub. Bu oyunadək Belçika komandaları ilə keçirdiyi dörd görüşün hamısında məğlub olan APOEL komandası bu “ənənə”ni poza bilməyib və 0:1 hesabı ilə uduzub. Qeyd edək ki, belçikalıların heyətində çıxış edən rumıniyalı legioner Nikolae Stançiunun matçın 29-cu dəqiqəsində vurduğu qol “Anderlext”in avrokuboklarda 250-ci qolu olub.Digər maraqlı qarşılaşma isə Rusiyada “Rostov” komandası ilə “Mançester Yunayted” arasında keçirilib. İndiyədək Rusiyada keçirdiyi dörd oyunda məğlub olmayan (bir qələbə, üç heç-heçə) “Mançester Yunayted” ilk dəfə bir ingilis klubu ilə qarşılaşan “Rostov”un müqavimətini qıra bilməyib – 1:1.Yunanıstanın “Olimpiakos” komandasının qonağı olan İstanbulun “Beşiktaş” klubu isə ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, matçın 53-cü dəqiqəsində Vinsent Abubakarın qolu ilə heç-heçəyə nail olaraq, cavab qarşılaşması üçün əlverişli nəticəni təmin edib.Günün ən məhsuldar oyunu isə Belçika təmsilçiləri “Gent”-“Genk” oyununda qeydə alınıb – 2:5. Qarşılaşmada qeydə alınan altı qoldan beşi ilk hissədə vurulub. Matçın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyən ev sahibləri 84-cü dəqiqədə sayca azlıqda qalıblar.Digər çoxqollu oyun isə Fransada baş tutub. “Roma” klubunu qəbul edən “Olimpik Lion” komandası 4:2 hesabı ilə qalib gəlib.İspaniyanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Selta Viqo” doğma meydanda Rusiyanın “Krasnodar” klubunu 90-cı dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edə bilib.Turnirdə Almaniya təmsilçiləri “Şalke” və “Mönxenqladbax” arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab qarşılaşmaları martın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin püşkü isə martın 17-də atılacaq. Turnirin final matçı mayın 24-də İsveçin Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…