Azərbaycanda bəzi kənd təsərürfatı məhsulları və avadanlıqlarının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif edilir. Trend-in məlumatına görə, Vergi Məcəlləsinə müvafiq dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Belə ki, damazlıq heyvanların, toxumların, tinglərin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi üçün, eləcə də quşçuluq və arıçılıqda istifadə edilən avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, təmizlik üçün maşınların və s.-in idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilir. Bundan başqa, kənd təsərürfatı heyvanları və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq vasitələrinin idxalının, eləcə də suvarma və digər sistemlərin, kənd təsərrüfatında istifadə olunan maşın, avadanlıq və texnikaların idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilib. Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 faiz təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…