Azərbaycan bir çox beynəlxalq qanunlara və konvensiyalara qoşulub. Eyni zamanda, bəzi təşkilatlarla, o cümlədən Ümumdünya Ticarət Təşkilatı ilə müvafiq saziş imzalamağa hazırlaşır.Azərtac xəbər verir ki, bu sözləri martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən konfransda vergilər naziri Fazil Məmmədov deyib.Nazir qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatının tələbinə görə, idxal olunan məhsullarla yerli məhsullar arasında vergi dərəcələrinin fərqli olması, yəni, dempinqin tətbiqi düzgün deyil. Çünki, bazar hamı üçün birdir.F.Məmmədov elektron ticarətə vergi tətbiq edilməsinin də zəruri olduğunu söyləyib. Bildirib ki, idxal bir yolla olmalıdır. Amma artıq elektron ticarət adi idxalı üstələyir. Ona görə də elektron ticarət nəzarətə götürülməli və bazarda tam rəqabət yaradılmalıdır. Odur ki, bu sahəyə verginin tətbiqi qanunauyğundur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…