Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda 24 nəfər, o cümlədən 4 qrossmeyster, habelə FİDE-nin beynəlxalq dərəcələrinin sahibləri olan 17 şahmatçı iştirak edir.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.4 turdan sonra hər birinin aktivində 5 xal olan qrossmeysterlər Nicat Abbasov və Vüqar Rəsulov, beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov və FİDE ustası Əhməd Əhmədzadə liderdir. Altı iştirakçı liderlərdən yarım xal geri qalır, 4 iştirakçının hərəsi liderlərdən bir xal az toplayıb.Püşkatmanın nəticələrinə görə beşinci turda ilk iki masa arxasında Nicat Abbasov Misrəddin İsgəndərovla, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovla qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…