Dövlət Gömrük Komitəsi işə qəbulla bağlı vətəndaşlara müraciət edib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, son vaxtlar Dövlət Gömrük Komitəsinə, xüsusən komitə sədri Aydın Əliyevə məktubla, rəsmi qəbul günləri və regionlarda vətəndaşların qəbulu zamanı edilən müraciətlərin əsas hissəsi gömrük orqanlarına işə qəbulla bağlıdır.Xatırladaq ki, gömrük orqanlarına işə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında həyata keçirilir. Gömrük orqanlarının hüquq-mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq, qeyd edilən əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş və müvafiq ali təhsilə (gömrük işinin təşkili, hüquqşünaslıq, iqtisadiyyat, maliyyə və s.) malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.Dövlət Gömrük Komitəsi gömrük orqanlarında işə qəbulla bağlı müraciət edən vətəndaşlara bir daha bildirir ki, bu barədə komitənin rəsmi internet səhifəsindən ətraflı məlumat əldə etmək mümkündür və həmin məlumatda nəzərdə tutulan kriterilərə uyğun şəxslərin müraciət etməsi tövsiyə olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…