Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyət sahəsində mütəmadi olaraq sosialyönümlü tədbirlər həyata keçirir. Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasıdır.Belə tədbirlər sırasında “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri mühüm əhəmiyyətə malik olmaqla, vətəndaşlara məxsus əmlakların rahat, çevik və əlçatan üsullarla dövlət qeydiyyatına alınmasını təmin edir.Komitədən Azərtac-a bildirilib ki, bu tədbirlərin davamı olaraq, Novruz bayramı ərəfəsində daha bir yeni inşa edilmiş binanın sakinlərinə müvafiq xidmət göstərilib. Martın 16-da keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Abşeron rayonunda yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin sakinləri faydalanıb. Kampaniya çərçivəsində yaşayış kompleksinin 100 sakini birbaşa öz ünvanlarında mənzillərinə dair hazır çıxarışlar əldə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…