Bu gün Tbilisidə “Gürcüstan iqtisadiyyatı: perpsektivlər və çağırışlar” adlı beynəlxalq konfrans keçirilib.Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə Gürcüstanın maliyyə və bank bazarının imkanları, orta və kiçik biznesin inkişaf perspektivləri, investisiya qoyuluşu, xarici iş adamları üçün yaradılan şərait və s. məsələlər müzakirə olunub.Tədbirin təşkilatçılarından olan “Paşa Bank-Gürcüstan” idarə heyətinin sədri Şahin Məmmədov konfransın özəl sektorun inkişafına həsr olunduğunu deyib: “Biz regional bank olaraq bu tədbirə dəstək veririk. Bu cür tədbirlər Azərbaycan-Gürcüstan biznes və iqtisadi əlaqələrinin genişləndirilməsinə töhfə verir. Gürcüstan ərazisində 3 ildən çoxdur ki, fəaliyyət göstərən “Paşa Bank-Gürcüstan” Azərbaycanın biznes adamlarına və yerli biznesin inkişafına kömək edir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…