Cüdo üzrə təlim-məşq toplanışı davam edir

23 Mart 2017 18:23

Xəbər 1384 dəfə oxunub

Cüdo üzrə Azərbaycan milli komandası Qazaxıstanda təlim-məşq toplanışını davam etdirir.Azərtac xəbər verir ki, cüdoçularımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edərək beynəlxalq yarışlara hazırlaşırlar.Təlim-məşq toplanışında milli komandamızın aparıcı üzvləri Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov, Hidayət Heydərov və digərləri iştirak edirlər.Millimizin qarşısına gələn ay Polşada keçiriləcək Avropa çempionatı və mayda Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə qazanmaq vəzifəsi qoyulub.xeber100.com